General-mayor Səlami: Bizim gücümüz İranın hüdudlarından kənardır, düşmənlər öz hesablamalarını tənzimləməlidir

Bəndər Abbas - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Bizim gücümüz İranın hüdudlarından kənardır və bütün düşmənlərimiz bu nəhəng gücə uyğun olaraq hesablamalarını tənzimləməlidirlər. Çünki onların ilk səhvi son səhvləri ola bilər.”

General-mayor Hüseyn Səlami bazar ertəsi Fars körfəzi sularında Şəhid Rudəki okean laynerinin göyərtəsində keçirilən SEPAH namazının ikinci ümummilli iclasının yekun mərasimində deyib: “SEPAH qüvvələrinin insanlara kömək edərkən və döyüş meydanında fədakarlığını görmüşəm və cəsarətlə deyirəm ki, bu dünyada heç bir güc nə yerdə, nə dənizdə, nə də havada bizə qalib gələ bilməz. İran xalqı düşmənin taktikalarını tanımalıdır.”
General-mayor deyib: “İran öz qollarını itirməyib və bizim fikirlərimiz livanlılar və yəmənlilərlə eynidir, bizim düşmənlərimiz də ortaqdır, amma (eyni fikirdə olduğumuz xalqların) hər biri öz torpağında öz maraqlarına uyğun hərəkət edir. Mənəvi və siyasi olaraq müqavimət cəbhəsini bacardıqca dəstəkləyirik, lakin onlar da bizim kimi öz silahlarını tədarük edirlər, özləri silah hazırlayırlar.”
SEPAH-ın baş komandanı bildirib: “Sionist düşmən Qəzzədə qadın, uşaq və silahsız insanları öldürməklə uğur qazandığını düşünür, amma fakt budur ki, sionistlər bu gün keçmişdən daha çox narahat yaşayırlar. onlar alovlanır və çıxılmaz vəziyyətdədirlər, gələcəyə dair aydın bir baxışları yoxdur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .